AZ

İsrailin yüksək səviyyəli rəsmilərindən sürpriz görüş - Mövzu Türkiyədir

Türkiyənin Yaxın Şərqdə artan nüfuzu ilə bağlı İsraildə “təhlükəsizlik iclası” keçirildiyi bildirilib.

Publika.az xəbər verir ki, bu barədə iki İsrail rəsmisi “The Jerusalem Post”a danışıb.

Onların sözlərinə görə, görüşdə Türkiyənin bölgədə artan nüfuzunun İsrailə mümkün təsirləri müzakirə edilib.

İclasda İsrailin müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Herzi Halevi və bəzi yüksək səviyyəli rəsmilər iştirak edib.

İsrail rəsmisi bildirib ki, eyni məsələ ilə bağlı baş nazir Benyamin Netanyahunun da yaxın günlərdə görüş keçirməsi gözlənilir.

Seçilən
10
publika.az

1Mənbələr