AZ

“Yol uzaqdır, özü də tıxaclı yerdir” – “Keşlə bazarı” hara köçürülür?


Gələn aydan “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində söküntü işlərinə başlanılacaq.
Yeniavaz.com
xəbər verir ki, Baku TV-yə danışan bazardakı satıcılar, onlar üçün Dərnəgül qəsəbəsində yerləşən “Eurohome” tikinti malları bazarında yer ayrıldığını bildiriblər.
Satıcıların sözlərinə görə, fevralın 1-nə qədər bazar boşaldılmalıdır. Onlardan bəziləri ayrılan yerdən razılıq etsələr də, sözügedən ünvanın uzaq olduğunu əsas gətirib alış-verişin yaxşı getməyəcəyini düşünənlər də var:
“Bizə bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Hazırda orada tikinti gedir. Bu boyda bazar oraya necə yerləşəcək?!"
Satıcılardan biri ərazinin əhalinin istifadəsi üçün uyğun olmadığını bildirib:
“Dəmir-dümürün içidir, kim gələcək ora? Yol da uzaqdır, özü də tıxaclı yerdir…”
“Keşlə bazarı”nın “sakinləri” deyirlər ki, ticarət mərkəzinin köçürüləcəyi ərazi “Yeni Keşlə bazarı” adlandırılacaq.
Qeyd edək ki, bazarda söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.
Seçilən
6
9
yeniavaz.com

10Mənbələr