AZ

Ramşteyndə Kiyevə 2027-ci ilədək dəstək planları təsdiqlənib

Ramşteyndə

"Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə qrupun iştirakçıları Kiyevlə hərbi əməkdaşlığın səkkiz istiqaməti üzrə "yol xəritələri"ni
təsdiqləyiblər".

Bu barədə Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclasının açılışında ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

"Bu gün 15 ölkənin nümayəndələrinin iştirakı ilə koalisiya qrupunun liderlərinin iclası keçirilib. Onlar 2027-ci ilədək "imkanlar koalisiyası"nın yol xəritələrini təsdiqləyiblər. "İmkanlar koalisiyası" vasitəsilə tərəfdaş ölkələr Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını daha da təmin edə bilərlər", - o vurğulayıb(Report).
Seçilən
18
4
reyting.az

5Mənbələr