Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində Ermənistanın Azərbaycana təqdim etdiyi təkliflərlə bağlı bəzi mötərizələr açaraq paylaşım edib.
Ölkə.Az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın təklifləri aşağıdakılardır.
- Berkaber-Voskepar bölməsində həyata keçirilən delimitasiya təcrübəsi və iki ölkənin demarkasiya komissiyalarının birgə işi qaydaları əsasında delimitasiya prosesini davam etdirmək;
- 90 faiz hazır olan sülh müqaviləsi bağlamaq;
- təkliflərə uyğun olaraq, kommunikasiyaların açılması barədə Kazan görüşündən sonra Ermənistanın Azərbaycana təqdim etdiyi, Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan əlaqəsi və Azərbaycan ərazisindən Ermənistan-Ermənistan əlaqəsi məsələsini həll etməklə “Sülh kəsişməsi” layihəsini həyata keçirmək;
- atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək;
- beynəlxalq məhkəmələr də daxil olmaqla bir-birinə qarşı irəli sürülən tələblərdən imtina etmək;
- sülh müqaviləsinin müddəalarının tam və səmərəli həyata keçirilməsi istiqamətində çalışmaq;
- sülh bərqərar olduqdan sonra birgə peşəkar ekspert komissiyasının formalaşdırılması, ümumilikdə hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək;
- ATƏT-in Minsk Qrupu buraxılsın.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsi ilə bağlı danışarkən əsas şərtlərdən biri kimi ATƏT-in Minsk Qrupunun buraxılmasını irəli sürüb.
Mürtəza
Ölkə.Az