Türkiyənin paytaxtı Ankarada tikinti sahəsinin çökməsi nəticəsində 2 fəhlə ölüb.
ONN media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yanvarın 9-da paytaxtın Poladlı rayonu Şentəpə məhəlləsində çoxmənzilli binanın kanalizasiya xəttinə qoşulma işləri aparılarkən çökmə baş verib.
Məlumata görə, tikintiyə rəhbərlik edən şəxs saxlanılıb.
Faktla bağlı məhkəmə və inzibati araşdırma aparılır.
ONN İnformasiya Agentliyi