AZ

Deputat: “Ermənistan sülh danışıqları ilə bağlı imitasiya etməkdə davam edir”

“Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə zamanı Zəngəzur dəhlizi layihəsini yenidən aktuallaşdırdı”. 
Bunu açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
O həmçinin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” mesajının Ermənistana ünvanlanmış növbəti xəbərdarlıq olduğunu bildirib:
“Dövlət rəhbərimizin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” tezisi Ermənistana ünvanlanmış növbəti xəbərdarlıqdır. Rəsmi İrəvan 10 Noyabr bəyanatı əsasında üzərinə götürdüyü öhtəliklərə əməl etməlidir.  Bilindiyi kimi üç tərəfli bəyanatın 9-cu bəndi məhz Zəngəzur koridoru ilə bağlıdır. Lakin keçən dövr ərzində qarşı tərəf uzlaşmaz siyasi ritorika sərgiləməklə dəhliz faktorunu rədd edir. Bu isə mövcud vəziyyəti gərginləşdirir.
Rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsində olduğu kimi sülh danışıqları ilə bağlı da imitasiya edir. Özünü dırnaq arası sülh göyərçini kimi təqdim edən Nikol Paşinyan ölkə sərhədlərini Fransa kimi imperialist güclərə açmaqla regional təhlükəsizliyə ciddi təhdid yaradır. Bu il də hesab edirəm ki, Ermənistan rəhbərliyi ənənəvi xətt üzrə hərəkət etmək cəhdlərini davam etdirsə, qlobal arenada və regionda baş verən proseslər fikrimcə İrəvan üçün müsbət heçnə veməyəcək”.
Seçilən
30
34
xalq.az

10Mənbələr