ABŞ Ukraynaya 500 milyon ABŞ dolları dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə \"AFP” məlumat yayıb.
Məlumata görə, ABŞ-nin müdafiə naziri Lloyd Austin Almaniyada Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası zamanı yardım paketin açıqlayıb.
\"Paketə Ukraynanın hava hücumundan müdafiə üçün əlavə raketlər, döyüş sursatı, daha çox yer-hava sursatı və Ukraynanın F-16-larını dəstəkləmək üçün digər avadanlıqlar daxildir\" , - deyə Austin bildirib.