AZ

Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu


Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 5 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il, Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, dövlət ittihamçısı Hicran Həsənovun 19 il, Nadim Mehdiyevin 15 il, Şəmsi Qasımovun 17 il, Dağıstan Hüseynovun 9 il, Elməddin Ağayevin 8 il, Ağasif Ağayevin 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Seçilən
7
34
yeniavaz.com

10Mənbələr