ATO ölkələri Ukraynaya tankların tədarükünü davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “TVP İnfo” telekanalının yayımladığı brifinqdə bildirib.
"Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında Ukrayna üçün zirehli potensialın yaradılması üzrə koalisiyamızın yol xəritəsini və növbəti tranş haqqında məlumatı təqdim etdim. Bu görüşdə iştirak edən bütün ölkələr gələcək tədarüklərə hazırlaşır”, - nazir deyib.