Ajans.az "Footmercato"ya istinadən xəbər verir ki, bu qarşılaşmalarda ümumilikdə 42 dəqiqə mübarizə aparan braziliyalı ulduz 101 milyon avro qazanıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında xaçvari diz bağları qopan "sambaçı" 1 il sonra yaşıl meydanlara qayıtsa da yenidən sıradan çıxıb. O, Asiya Çempionlar Liqasının matçında - "Eateqlal"la görüşdə dizaltı vətərlərini zədələyib. Neymarın "Əl-Hilal"la müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.