"Barselona" "Yuventus" klubuna bu qış transfer pəncərəsində 3 futbolçusunu almağı təklif edib.
90deqiqe.Az "La Stampa"ya istinadən xəbər verir ki, Turin klubu uruqvaylı müdafiəçi Ronald Arauxonu transfer etməkdə maraqlıdır, lakin kataloniyalılar "Yuventus"a danimarkalı Andreas Kristensen və ispaniyalı forvard Ansu Fatini də almağı təklif edib.
Qeyd edək ki, Turin komandası hazırda yalnız yaxın vaxtlarda klub qeydiyyatını dəyişməyə hazır olan Arauxonu almaq istəyir.
Xatırladaq ki, Ronald Arauxo bu mövsüm "Barselona"nın heyətində cəmi bir matçda iştirak edib. Uruqvaylı futbolçunun transfer dəyərini mütəxəssislər 55 milyon avro qiymətləndirirlər.