AZ

Böyük Britaniya soyuq və buzlu hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib

Böyük Britaniya soyuq və buzlu hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib

İngiltərə Meteorologiya İdarəsinin (Met Office) verdiyi açıqlamaya görə, həddindən artıq soyuq dalğa bir çox bölgədə güclü qar yağmasına səbəb olub, güclü yağış və əriyən qar suları səbəbiylə onlarla daşqın xəbərdarlığı edilib.Ölkənin bir çox bölgələrində soyuq hava şəraiti və buz bağlaması ilə əlaqədar sarı xəbərdarlıq elan edilib.İngiltərənin şərq və şimal-qərbində, Şotlandiyanın şimalında və Şimali İrlandiyada qar və buz xəbərdarlığı sabah yerli vaxtla saat 10:00-a qədər qüvvədə olacaq. İngiltərənin cənub-qərbini və Uelsin bəzi hissələrini əhatə edən buz xəbərdarlığı sabah yerli vaxtla saat 03:00-da başlayacaq və saat 11:00-a qədər davam edəcək.Səlahiyyətlilər xəbərdarlıq edilən ərazilərdə avtomobil və dəmir yolu nəqliyyatında gecikmələr ola biləcəyi üçün vətəndaşları diqqətli olmağa çağırıb. Bundan əlavə, havanın temperaturunun aşağı olması səbəbindən buzlanma riski olan yollarda əlavə ehtiyat tədbirlərinin görülməli olduğu bildirilib.Mançester Hava Limanı əhəmiyyətli miqdarda qar səbəbiylə bağlanan iki uçuş-enmə zolağını yenidən açıb, lakin hava limanı rəsmiləri bəzi uçuş gecikmələrinin davam edə biləcəyini söyləyib.Hava proqnozlarına görə, bazar gününə qədər İngiltərənin qərbinin bəzi bölgələrində temperatur ikiqat arta bilər.İngiltərə və Şotlandiyanın şərqində buzlu və soyuq hava şəraitinin gələn bazar ertəsinə qədər davam edəcəyi gözlənilir.

Seçilən
29
afn.az

1Mənbələr