AZ

"Mançester Yunayted" gənc futbolçusu ilə müqaviləni uzatdı

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Amad Diallonun müqavilə müddətini artırıb.

"Operativ Media" bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni müqaviləyə əsasən 2030-cu ilədək Mançester klubunun uğurları üçün çalışmağa davam edəcək.

Kot-d`İvuarlı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 28 oyunda 6 qol vurub.

Seçilən
3
2
operativmedia.az

2Mənbələr