Qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biri olan "Avrora" şirkətində yeni təyinat olub.
Marja.az xəbər verir ki, Qabil Əhmədov Şirkətin Baş icraçı direktoru vəzifəsinə təyin edilib.
"Qabil bəyin peşəkar bacarıqları və töhfələri şirkətimizin inkişafına dəyər qatacağından, strateji hədəflərimizə sürətlə çatmağımızda əhəmiyyətli rola sahib olacağından əminik", -Şirkətin məlumatında bildirilir.
Həminin Farhad Orucov "Avrora" şirkətində İnsan resursları departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Onun insan resursları sahəsində uzunmüddətli təcrübəyə malik olduğu qeyd edilib.