AZ

QSC zəruri olan məlumatları təqdim etmədiyinə görə cərimələndi

Nəsimi Rayon Məhkəməsində "Fasad-F" QSC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla QSC cərimələnib.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 10 Yanvar 2025, 09:12   
Seçilən
14
5
pravda.az

8Mənbələr