AZ

Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

Image

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini bildirib.“Reuters”in məlumatında deyilir ki, bunu respublikaçı Floridadakı Mar-a-Laqo iqamətgahında həmpartiyalı qubernatorlarla görüşdən əvvəl söyləyib. Siyasətçi sözügedən görüşün nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib. 
“O, görüşmək istəyir və biz bunu təşkil edirik”, – Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib. Siyasətçi həmçinin görüşün harada keçiriləcəyini və prezidentlərə Çin sədri Si Cinpinin qoşula biləcəyinə aydınlıq gətirməyib.

Mətləb Salahov





Seçilən
59
13
baki-xeber.com

10Mənbələr