Alimlər Şimal qütbündə 2,8 km dərinlikdə qədim buz kütləsi aşkar ediblər.
Editor.az bu barədə Avropa Komissiyasının sponsorluq etdiyi “Beyond Epica” elmi layihəsinin saytında verilən məlumata istinadla xəbər verir. Dörd illik qazma işlərindən sonra tədqiqatçılar Antarktida buz örtüyünün altından “1,2 milyon ildən çox yaşı ola bilən istixana qazları olan qədim havanın bütöv nümunələri” tapmağı gözlədikləri əsas qaya parçası tapıblar. Alimlərin fikrincə, buz kütləsi parçası yerin iqlimi və atmosferi tarixinin ən mühüm təfərrüatlarını ortaya çıxaracaq. İqlimşünasların fikrincə, qədim buz kütləsi karbon dövrü ilə Yerin temperaturu arasındakı əlaqəni aşkar etməyə kömək edəcək.
Qeyd edək ki, “Beyond Epica” layihəsində Avropa İttifaqının 10 ölkəsindən 12 elmi qurumun nümayəndələri iştirak edir.
//Gülnarə Abasova, Editor.az