"Mançester Yunayted" "Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya uğrunda mübarizəyə qoşulub.
QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.
“Qırmızı şeytanlar” A seriyası klubuna Kvaratsxeliyanı hücumçu Markus Reşfordla dəyişməyi təklif edir.
24 yaşlı gürcü hücumçu ilə daha əvvəl "Liverpul" və PSJ-nin maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Xviça 2022-ci ilin yayından "Napoli"də oynayır. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, futbolçunun transfer dəyəri 85 milyon avrodur.