Keçən il 2024-cü il 1850-ci ildən bəri ən isti il olub.
Editor.az xəbər verir ki, bu barədə Avropanın Uzaqdan Zondlama və Xəritəçəkmə Xidməti Kopernik məlumatlarına istinadən məlumat yayıb. Dünya üzrə orta qlobal temperatur ilk dəfə olaraq sənayedən əvvəlki səviyyələri 1,5°C keçib. Şimal qışı (dekabr-fevral), şimal yaz (mart-may) və şimal yay (iyun-avqust) keçən il rekord dərəcədə isti olub. Keçən il iyulun 22-də qlobal orta gündəlik temperatur 17,16°C ilə yeni rekorda nail olunub.
Alimlərin proqnozlarına görə, cari il ən isti il olmayacaq.
//Gülnarə Abasova, Editor.az