Kanadanın Liberal Partiyası martın 9-da baş nazir postunda Castin Trüdonu əvəzləyəcək yeni lideri seçəcək...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Qeyd edək ki, yanvarın 6-da Trüdo varisi seçildikdən sonra baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini bəyan edib. O, səlahiyyətlərin ötürülməsi prosesi başa çatana qədər vəzifəsini icra etməyə davam edəcək.
İndiyədək yalnız Hindistan əsilli kanadalı deputat Çandra Arya baş nazir postuna namizədliyini irəli sürmək planlarını rəsmən açıqlayıb. Xarici işlər naziri Melani Coli, İnnovasiyalar naziri Fransua-Filip Şampan, Təbii Sərvətlər naziri Conatan Uilkinson və Məşğulluq naziri Stiven MakKinnon da namizəd olmaqda maraqlı olduqlarını bildiriblər.
Xatırladaq ki, Castin Trüdo təxminən on il Kanada hökumətinə rəhbərlik edib.
Poliqon.info