AZ

BMT: "İsrail yardım əməliyyatına mane olur"

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzanın şimalındakı yardım əməliyyatlarının qarşısını almağa davam etdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, BMT sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Qəzzada baş verən hadisələrlə bağlı açıqlamalar verib.

BMT-nin bölgədəki Humanitar İşlərin Koordinasiya Ofisindən (OCHA) aldığı məlumata istinad edən Dujarrik BMT-nin daha əvvəl bu gün üçün İsrail rəsmiləri ilə Qəzzanın şimalında 15 fərqli əməliyyatı koordinasiya etdiyini bildirib.

Dujarrik İsrail rəsmilərinin əvvəlki koordinasiya işlərinə baxmayaraq, 15 yardım əməliyyatından yalnız 5-nə icazə verdiyini deyib.

İsrail rəsmiləri "təhlükəsizlik və logistika" səbəblərinə görə qalan yardım əməliyyatlarını ləğv edib. İ, İsrailin Qəzzanın şimalına edilən yardım əməliyyatlarını əngəlləməyə davam etdiyini bildirib.

Seçilən
8
cebheinfo.az

1Mənbələr