Olaylar.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbərinin böyük köməkçisi Aleksandr Şulqa məlumat verib.
Faktla bağlı iki uşağı öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Yanvarın 10-na keçən gecə qadın azyaşlıya bıçaqla xəsarət yetirib, sonra isə özünü öldürmək qərarına gəlib.
Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıxın verdiyi məlumata görə, yeddi yaşlı uşaq mənzildən çıxıb. O, polisə zəng edib. Bu zaman doqquz yaşlı qız da mənzildən qaçıb və girişdə huşsuz vəziyyətdə tapılıb. Uşaqlar xəstəxanaya çatdırılıb, müalicəsi davam etdirilir.
Hadisənin səbəblərini müəyyən etmək üçün cinayət yerində kriminoloqlar işləyir.