AZ

Los Ancelesdə yanğın - Milli Qvardiya bölgəyə yeridilib

ABŞ-ın Los-Anceles şəhərində davam edən yanğınlarla mübarizəyə Kaliforniya ştatındakı Milli Qvardiyanın hərbçiləri də cəlb olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Los-Ancelesin polis rəisi Robert Luna mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, hələ də yanğını tam nəzaərət almaq mümkün olmayıb: "Kaliforniya əyalətindən təxminən 400 nəfərlik Milli Qvardiyanın hərbçiləri də prosesə cəlb olunub. Onlar Los-Ancelesdəki yanğınlarla mübarizəyə dəstək verəcək".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
12
mia.az

1Mənbələr