AZ

Hər bir nitq pozuntusunun ayrılıqda korreksiya üsulları var - SN

Bakı.Trend:

Ünsiyyət - kommunikasiyadır. Ünsiyyət zamanı biz öz hiss vəduyğularımızı, fikirlərimizi ifadə edir, təhlükəsizliyimizi təminedirik. Ünsiyyət uşaq anadan olduğu andan ağlayarkən və ananın daona cavab verməsi ilə başlayır. Bu barədə Səhiyyə NazirliyiElmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun loqopedi Aytəkin Hacıyevadeyib.

TrendA.Hacıyeva ilə müsahibəni təqdim edir:

- Aytəkin xanım, ilk öncə nitqin insan həyatındakı rolu haqqındaməlumat verərdiniz...

- Nitq ünsiyyət zamanı ortaya çıxdığı üçün ilk öncə ünsiyyətinvacibliyini qeyd etmək istəyərdim. Ünsiyyətə girmək bacarığıözümüzü bir şəxsiyyət kimi təsdiq etmək və əlaqələr qurmaq üçünvacib amildir.
Ünsiyyətin 2 forması var - verbal və qeyri-verbal. Nitq dəünsiyyətin verbal, yəni sözlə ifadə olunan formasıdır. Nitqdənistifadə bizə ünsiyyət zamanı özümüzü sözlərlə ifadə edə bilməyə,fikirlərimizi söz və cümlələrlə qarşı tərəfə bildirməyə imkanverir.
Nitq insanın ən ali psixi funksiyasıdır. Yəni, nitqin başverməsində bir çox psixi funksiyalar, məsələn qavrama, təfəkkür,təhlil etmə və s. birlikdə iştirak etməlidir. Nitq qığıldama vəişarələrdən, təqliddən başlayıb, öz dilində sərbəst və düzgündanışmağa qədər inkişaf edir. Nitq insanların anadangəlməqabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır vəətrafdakı bir çox amillərdən asılıdır. Nitq üçün birinci eşitməkvacibdir. Daha sonra mərkəzi nitq aparatında baş verən anlama vəsözlərlə ifadə edə bilmək bacarığı, periferik nitq aparatında isəağız, dil, dodaq, yumşaq damaq, udqunma, nəfəs alıb-vermənin normalqaydada olmağı lazımdır. Eyni zamanda, sosial varlıq olduğumuz üçüninsanlarla sözlə ünsiyyət olduqca önəmlidir.

- Nitq pozuntuları daha çox kimlərdə müşahidə olunur və əsassəbəbləri hansılardır?

- Nitq pozuntuları həm uşaqlarda, həm də böyüklərdə müşahidəoluna bilər. Uşaqlarda daha çox anadangəlmə və funksionalpozuntular zamanı, böyüklərdə isə sonradan qazanılmış nitqpozuntularına rast gəlinir. Əsas səbəbləri nevroloji, fizioloji,çevrə qaynaqlı faktorlar ola bilər.

- Nitq pozuntuları necə və hansı üsullarla aradanqaldırılır?

- Aradan qaldırılma üsulları pozuntunun yaranma səbəbindənbirbaşa asılıdır. Hər bir nitq pozuntusunun ayrılıqda korreksiyaüsulları var. Əgər pozuntu sadəcə funksional səbəbdəndirsə, o zamanloqopedik seanslar aparılır. Yox, əgər patoloji səbəb varsa vəikincili, üçüncülü səbəb kimi ortaya çıxıbsa, onda loqopedikseanslar pedaqoji, psixoloji, medikamentoz, fizioterapevtik və s.müalicə ilə birgə aparılır. Korreksiya işi zamanı əsasən şifahi vəyazılı tapşırıqlar eyni anda nümayiş etdirilir. Nitqin bərpasıprosesində sağlam analizatorlar, əsasən görmə və hərəkianalizatorlara istinad etmək lazımdır. Loqopedik seanslara masaj,artikulyar aparatın gimnastik hərəkətləri, şifahi və yazılı nitqinbərpası, impressiv və ekspressiv nitq üzərində iş və s. daxildir.Bu zaman təyin olunan xüsusi terapiyalarla nitqdə özünü göstərənpozuntular qismən, ya da tamamilə aradan qaldırılır.

- Adətən rast gəlinən nitq pozuntusu haqqında məlumat verəbilərsiniz?

- Böyüklərə daha çox "afaziya" və "dizartriya" kimi qazanılmışnitqin itməsi müşahidə olunur. Bu pozuntular da daha çox insultdansonra baş verir. İstər nitqin sensor (qavrama), istər motor (ifadəetmə), istərsə də nitqin düzgün tələffüz tərəfinin pozuntusumüşahidə olunur.
İnsultdan sonrakı bərpa müalicəsi bir qayda olaraq, uzunmüddətlimedikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur.Qeyri-medikamentoz bərpa müalicəsi reabilitasiya üçün dərmanlarqədər əhəmiyyətlidir. Burada müxtəlif kompleks metodlar - bədəntərbiyəsi, fizioterapiya, kurort-sanatoriya, psixoterapiya müalicətətbiq edilir. Optimal şəraitdə reabilitasiya prosesinəfizioterapevt-reabilitoloq, loqoped, psixoterapevt, həkim-nevroloqda qoşulur.

Məqalədə:
Seçilən
12
7
az.trend.az

8Mənbələr