AZ

“Copernicus” 2024-cü ili tarixdə ən isti il adlandırdı

2024-cü il 1850-ci ildən bəri müşahidə tarixində ən isti il olub.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Yerin Məsafədən Zondlanması və Xəritələşdirilməsi Xidməti “Copernicus” məlumat yayıb.

 

Qlobal orta temperatur ilk dəfə sənayeyəqədərki səviyyəni 1,5 dərəcə Selsi üstələyib. 2024-cü ildə boreal qış (2023-cü ilin dekabr - 2024-cü ilin fevral), boreal yaz (mart - may) və boreal yay (iyun - avqust) müvafiq mövsümlər üçün rekord isti mövsümlər olub.

 

Bundan əlavə, press-relizdə bildirilib ki, 22 iyul 2024-cü ildə orta sutkalıq qlobal temperaturun yeni rekordu qeydə alınıb və 17,16 dərəcə Selsi təşkil edib.

 

Proqnozlara görə, 2025-ci il göstəricilərə görə rekord olmayacaq, lakin müşahidə tarixində ən isti üç ildən biri olacaq.

Seçilən
7
1
sfera.az

10Mənbələr