"2024-cü ildə Bakı şəhəri üzrə 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Bunlara nümunə olaraq 33, 46, 56 nömrəli marşrutları göstərmək olar. 200 avtobus təmir edilərək daşımaya qaytarılıb, həmçinin 165 ədəd elektrik avtobus daşımalara cəlb edilib.”
Missiya.Az xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
O bildirib ki, özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilib və bir hissəsi artıq istismara buraxılıb. 2025-ci ildə isə özəl daşıyıcılar tərəfindən ölkəyə 100-dən artıq yeni avtobusun gətiriləcəyi gözlənilir.
Nurlana ƏhmədovaMissiya.Az