AZ

Kaya Kallas: Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Aİ Dəməşqə qarşı sanksiyaları yumşalda bilər

Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Avropa İttifaqı (Aİ) Dəməşqə qarşı sanksiyaları yumşalda bilər.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) "X"də yazıb.

O bildirib ki, Suriya üçün keçid dövrünün koordinasiyası məqsədilə Romada təşkil olunan "Quint" görüşünə qatılıb.

"Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ ilə birlikdə bütün azlıqları qoruyan inklüziv hökumətin vacibliyini təsdiq etdik. Əgər real irəliləyiş olarsa, Avropa İttifaqı Dəməşqə qarşı sanksiyaları tədricən yüngülləşdirə bilər", - K.Kallas vurğulayıb.

Qeyd edək ki, "Quint" ABŞ və Qərbi Avropanın böyük dördlüyündən (Fransa, Almaniya, İtaliya və Böyük Britaniya) ibarət qeyri-rəsmi qərar qəbul edən qrupdur.

Seçilən
14
1
report.az

2Mənbələr