AZ

İranda saxlanılan İsveçrə vətəndaşı intihar edib

İranda “casusluq ittihamı ilə” saxlanılan İsveçrə vətəndaşının Simanan əyalətindəki təcridxanada intihar edib. 

"Cebheinfo.az" xəbər verir ki, İranda məhkəmə sisteminə yaxınlığı ilə tanınan “Mizan Onlayn” Xəbər Agentliyinin məlumatına görə, Simnan vilayətinin ədliyyə başçısı Məhəmməd Sadıq Əkbəri məsələ ilə bağlı açıqlama verib. Əkbəri bildirib ki, “casusluq” ittihamı ilə saxlanılan “İsveçrə vətəndaşı” dünən səhər saatlarında Simnan həbsxanasının təcridxanasında intihar edib. 

İsveçrə vətəndaşının "casusluq cinayətinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını" bildirən Əkbəri "Bununla bağlı sənədlər, dəlillər də var və onun dosyesi araşdırılır", - deyib. 

Sözügedən İsveçrə vətəndaşının Simnan həbsxanasında başqa bir şəxslə birlikdə saxlanıldığını bildirən Əkbəri hadisəni belə təsvir edib: “Səhər eyni kameranı paylaşdığı şəxsdən ona yemək almasını xahiş edib. Beləliklə, kamerada tək qaldığı vaxtdan istifadə edərək intihar edib”.

Əkbəri həbsxana rəsmilərinin İsveçrə vətəndaşını xilas etmək üçün dərhal müdaxilə etdiklərini, lakin səylərinin nəticə vermədiyini deyib. Sözügedən İsveçrə vətəndaşının adı və nə vaxt saxlanıldığı barədə məlumat paylaşılmayıb. 

Seçilən
9
22
cebheinfo.az

10Mənbələr