AZ

“Hələ ki planlar bundan ibarətdi” – “İmişli” Fərid Namazovun qarşısına hansı şərti qoydu?

“İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov dünən saytımıza maraqlı açıqlama verdi.

Çempionluğa namizəd klubun rəsmisi baş məşqçi ilə yolları ayırmamaq qərarına gəldiyini desə də, indiyəqədərki nəticələri qənaətbəxş saymadı. Fərid Namazovun fəaliyyətindən tam razı qalmayan rəhbərliyin onun komandanı çempion edəcəyinə necə inandığı da sual doğurur. Aqşin bəy heyəti gücləndirəcəklərini açıqlasa da, böyük dəyişiklik görə bilməyəcəyimizi dolayısıyla etiraf etdi.

Maraqlıdı, gənc mütəxəssis bu öhdəliyi yerinə yetirə biləcəkmi, yoxsa şərtlər dəyişib? Fərid bəyin “Football-plus.az”a cavabı belə oldu:

“Açığı, getməklə bağlı heç bir söhbət olmayıb. Əsas da Kamran müəllim tərəfindən, ümumiyyətlə, bu barədə nəsə danışılmayıb. Komandada problemlər olur, onları həll etmək isə vəzifə borcumuzdu. Komandadan gedənlər və burda qalanlarla bağlı müzakirələrimiz olub. Əlbəttə, 2-ci dövrədə yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq. İddialıyıq. Amma transferlər lazımdı. Sağ olsun rəhbərlik, kömək edir, transfer edirik. Gedənlər var, onların yerini doldurmaq istəyirik. İstəyirik ki, yaxşı futbolçuları komandaya cəlb edək. Bunun üçün də seleksiyanı yaxşı edək. Məşqçilər korpusu olaraq, oyunçulara baxırıq, sonra maliyyə və bəlli meyarlara uyğun oyunçular seçməyə çalışırıq. Asan proses deyil. Gedənlər komandaya uyğunlaşmışdılar. Onların yerinə özləri kimisini tapmaq lazımdı ki, keyfiyyət aşağı düşməsin. Ən əsası da səhv seçim etməyək. Hələ ki planlar bundan ibarətdi. Amma yenə yüksək yerlər uğrunda yenə mübarizə aparmağa çalışacağıq. İmişli futbol şəhəridi. İstər azarkeşlər, istər rəhbərlik həmişə komandanı yuxarılarda görmək istəyir. Biz də ikinci dövrədə maksimum şəkildə əlimizdən gələni etməyə çalışacağıq”.

RÖYANƏ OĞUZ
Seçilən
8
football-plus.az

1Mənbələr