AZ

Ukrayna parlamenti çərkəz xalqının soyqırımını tanıyıb

Yanvarın 9-da Ali Rada çərkəz xalqının soyqırımını tanıyan qətnamə qəbul edib. Sənədi 232 deputat dəstəkləyib. Bu barədə Ukrayna parlamentinin mətbuat xidməti məlumat yayıb.

Rusiya-Qafqaz Müharibəsi (1763-1864) zamanı Rusiya İmperiyası çərkəzləri etnik təmizləmə, kütləvi qırğınlar və məcburi köçürmələr həyata keçirib, nəticədə əhalinin 90%-dən çoxu həlak olub və ya qovulub.

Sənədin əsas müddəaları:

çərkəzlərin kütləvi şəkildə məhv edilməsinin və qovulmasının rəsmi tanınması;

qurbanların xatirəsini yad etmək və çərkəz xalqı ilə həmrəylik ifadə etmək;

Rusiya imperiyasının hərəkətlərini pisləmək və bu cinayətləri soyqırım kimi tanımaq üçün beynəlxalq ictimaiyyətə müraciət;

repatriasiya və öz müqəddəratını təyinetmə hüququnun verilməsi;

tarixi faktları təhrif edən rus təbliğatının pislənməsi;

çərkəz soyqırımı ilə bağlı təhsil və tədqiqat proqramlarının hazırlanması.

"Ukrayna bu cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edir, imperiyanın müstəmləkəçilik siyasətini pisləyir və beynəlxalq ictimaiyyəti bu soyqırımı tanımağa çağırır", - təşəbbüsün həmmüəlliflərindən biri Aleksey Qonçarenko bildirib.

Deputat Yaroslav Yurçişin vurğulayıb: "Cəzasız pislik qayıdır" və Mariya Mezentseva qərarın müvəqqəti istintaq komissiyasının işinin nəticəsi olduğunu vurğuladı.

Almaz Həsənli

Seçilən
19
oxumeni.az

1Mənbələr