İtaliyanın baş naziri Giorgia Meloni Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarında “daha yaxşı mövqelər” vəd edib.
Bu barədə İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb. İtaliyaya gözlənilməz səfərlə gələn cənab Zelenski bu gün ölkə prezidenti Sercio Mattarella ilə görüşəcək.
İtaliyanın baş naziri ilə Ukrayna prezidenti arasında söhbət Romada baş tutub və təxminən bir saat davam edib. Xanım Meloni İtaliyanın Ukraynaya hərtərəfli dəstəyini vurğulayıb. Hökumət başçısı həmçinin Ukraynada ədalətli və davamlı sülh üçün şərait yaradılmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında İtaliyanın müdafiə naziri Guido Crosetto ölkəsinin Ukraynada mümkün sülhməramlı missiyada iştirak edə biləcəyini söylədi. Öz növbəsində, İtaliyanın Xarici İşlər Nazirliyinin rəhbəri və baş nazirin müavini Antonio Tajani qeyd edib ki, bundan əvvəl münaqişənin dayandırılmasına nail olmaq lazımdır.
//Samir Qurbanov, Editor.az