AZ

Nəqliyyat sahəsində 2024-cü ildə görülən işlər və 2025-ci ildə reallaşdırılacaq layihələrə həsr olunan mətbuat konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Nəqliyyat sahəsində 2024-cü ildə görülən işlər və 2025-ci ildəplanlaşdırılan layihələr haqqında mətbuat konfransı keçirilib.

Trend xəbər verir ki, mətbuat nümayəndələri, sahə üzrəekspertlər və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdəRəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətovötən il reallaşdırılan layihər barədə məlumat verdi. Bildirdi ki,son 20 ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmişislahatlar, görülmüş işlər yol infrastrukturunda ciddidəyişikliklərə gətirib çıxarıb. Respublika üzrə 20,767 kmuzunluğunda avtomobil yolları salınmış, yenidən qurulmuş və təmirolunmuşdur. 335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd yeraltı vəyerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Hazırdaişğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkiledən 44 avtomobil yolu layihəsi icra edilir. 45 tunel, 447 körpü və16 viadukun tikintisi aparılır.

Görülmüş işlərin nəticəsində 2024-cü ildə bir sıra sahələrdərekord göstəricilər və nailiyyətlər əldə edilmişdir. Ümuilikdə ölkəərazisi ilə tranzit yükdaşımaların həcmi 10,5% artaraq 14,8 mlntona çatıb, o cümlədən dəmir yolu ilə tranzitdə 7,3 mln tonn artımqeydə alınıb. Heydər Əliyev Aeroportu üzrə artım 31%, olmuşdur.Ötən il metropoliten üzrə sərnişin daşıma 5% artaraq 230 mlnnəfərə, dəmir yolu ilə sərnişindaşıma isə 8,5 mln nəfərə çatıb.Bakubus üzrə artım 20% və ya 148 mln nəfər olmuşdur.

2024 cü ilin 11 ayında nəqliyyat sektorunda məhsul buraxılışı13.7% artaraq 13.0 miyard manata çatmışdır.

2024-cü il sərnişin nəqliyyatı sektorunda da uğurları ilə yaddaqalıb. Nazir müavini qeyd etdi ki, Bakıda mobilliyintransformasiyası çərçivəsində görülən işlərin məqsədi vətəndaşlarınrahatlığı və təhlükəsizliyini təmin etməkdir. Bu proses səmərəliictimai nəqliyyat sisteminin formalaşması, infrastrukturunyaradılması və yenilənməsini nəzərdə tutur. İslahatlar kompleksşəkildə aparılır.

Mühüm dəyişikliklərdən biri paytaxt küçələrində xüsusi hərəkətzolaqlarının yaradılmasıdır. Aparılan monitorinqlərin nəticəsinəəsasən, avtobusların marşrut üzrə gediş vaxtı bəzi küçələrdə 18-22dəqiqəyə qədər azalıb, əksər hallarda interval qısalıb,sərnişinlərin sayı isə əhəmiyyətli dərəcədə artıb. Hazırda ümumiuzunluğu 100 km-dən çox olan xüsusi zolaqlar paytaxtın 30-dan çoxküçə və prospektini əhatə edir. Bu zolaqlarla hərəkət edənavtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınır. Xüsusizolaqların təşkli prosesi davam edir.

Yeni marşrutların yaradılmasından danışan nazir müavinivurğuladı ki, bu proses optimallaşdırma məqsədilə aparılantəhlillər əsasında davam edir. Vurğulandı ki, ötən ilin sonlarındametronun “20 Yanvar” stansiyası ilə Sumqayıt avtovağzalınıbirləşdirən yeni 594 nömrəli marşrut xətti fəaliyyətə başlayıb vətəyinat məntəqəsinə orta hesabla 30 dəqiqəyə çatmaq olur. Metronun“Avtovağzal” stansiyasından Sumqayıta gedən 595 nömrəliavtobuslarla birlikdə gün ərzində 10 mindən çox sərnişindaşınır.

Rəhman Hümmətov əlavə etdi ki, Saray qəsəbəsi sakinlərininçoxsaylı müraciəti və istəkləri nəzərə alınaraq metronun “20Yanvar” stansiyasına yeni 508 nömrəli müntəzəm avtobus marşrutuistifadəyə verilib.

Paytaxtda yeni müntəzəm marşrut şəbəkəsinin tətbiqi çərçivəsindəisə 20, 120, 120E, 121E, 140 və 140E nömrəli avtobuslar xəttəburaxılıb. Bildirildi ki, marşrut şəbəkəsinin genişləndirilməsi vədaha çox əhalinin əlçatanlığının təmin edilməsi istiqamətində işlərdavam etdirilir.

Qeyd edildi ki, ötən ildə avtobuslardan istifadə edənlərinsayının artması nəticəsində 2023-cü illə müqayisədə 28 milyon dahaçox sərnişin daşınıb.

Mətbuat konfransında nəqliyyat mübadilə mərkəzlərinin (HUB)yaradılmasından da danışıldı. Bildirildi ki, ötən il Bakıda 3 yeniHUB-ın istifadəyə verilməsi müxtəlif nəqliyyat növləri arasındakeçid imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Söhbətmetronun “Gənclik” və “28 May” stansiyalarının qarşısı, eləcə də“Koroğlu” stansiyasının cənub çıxışındakı qovşaqlardan gedir.

Vurğulandı ki, “28 May” və “Koroğlu” HUB-larını digərləindənfərqləndirən əsas xüsusiyyət onların multimodal olması, yənidəmiryolu, metro və avtobus dayanacaqlarını birləşdirməsidir. Eynizamanda, metronun “Koroğlu” stansiyasının şimal çıxışında və BakıBeynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən nəqliyyatmübadilə mərkəzləri də səmərəli fəaliyyət göstərir.

Qeyd edildi ki, son vaxtlar şəhər mobilliyinin inkişafında Bakımetropolitenin rolu xeyli artıb. Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziyakanallarına müsahibəsində Bakı şəhərinin nəqliyyat infrastrukturu,xüsusilə Bakı metropoliteninin inkişafı ilə bağlı vacib məsələlərətoxunaraq müvafiq tapşırıqlar verdiyi vurğulandı. Bildirildi ki,ölkə başçısının tapşırıqlarına əsasən, Bakı şəhərində nəqliyyatsıxlığının azaldılması və şəhər mobilliyinin inkişafında mühüm roloynayan Bakı metropoliteninin genişləndirilməsi və mövcudinfrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərgörülür. Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekolojicəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemiolaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olmasıhədəflənib. Bu çərçivədə yerli və xarici mütəxəssislərin iştirakıilə paytaxtın nəqliyyat proqramı hazırlanır. Proqramda şəhərin carivə gələcək inkişaf tələbləri nəzərə alınaraq metropolitenin digərnəqliyyat vasitələri ilə inteqrasiyasına xüsusi diqqət ayrılır.Xüsusilə Yaşıl və Bənövşəyi xətlərin inkişaf etdirilməsi ilənəqliyyat sistemində balanslı və effektiv hərəkətin təmin edilməsiəsas məqsədlərdən biridir.

Məlumat verildi ki, cənab Prezidentin verdiyi tapşırıqlara uyğunolaraq yaxın illərdə Bakı metropoliteninin inkişafı çərçivəsində 10yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar arasındaYaşıl xəttin “Xətai-Həzi Aslanov-2” seqmentində 4 yeni stansiya və“Dərnəgül” elektrik deposunun inşası xüsusi əhəmiyyət kəsb edir.Həmçinin Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt vəXırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəlitənzimləmək üçün metropolitenin mühüm tranzit rolunungücləndirilməsi planlaşdırılır.

Qeyd edildi ki, son illərdə Bakı metropolitenininmüasirləşdirilməsi sahəsində də irəliləyişlər əldə olunub. 7 metrostansiyası və 1 depo inşa olunmuşdur.

Yeni Bənövşəyi xətt istifadəyə verilmişdir.

COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraqkomplektləşdirilib və nəticədə yeni nəsil vaqonların sayı 150-yəçatdırılıb. Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsizsəfərlər təmin edəcək.

Dövlət dəstəyi ilə həyata keçirilən bu layihələrdə dünyatəcrübəsindən öyrənilən modellər də tətbiq olunur. Avropaİnvestisiya Bankı ilə imzalanmış memorandum isə metropoliteningenişləndirilməsi və 10 yeni stansiyanın tikintisi üzrə davamlıinvestisiya təminatı üçün mühüm addımlardan biridir. Bakımetropoliteninin müasirləşdirilməsi təkcə şəhərin nəqliyyatsisteminin deyil, həm də onun dayanıqlı və yaşıl inkişafsiyasətinin əsas sütunlarından biridir. Bildirildi ki, yaxınillərdə bu sahədə dinamik irəliləyişlərin müşahidə olunacağıgözlənilir. Bütün yeniliklər barədə ictimaiyyətə mütəmadi məlumatveriləcək.

Mətbuat konfransında son dövrdə, xüsusilə də son iki ildə"Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişindaşıma sahəsində bir çoxnailiyyətlər əldə etdiyi vurğulandı. 2023-cü ildə Bakı-Gəncə-Bakımarşrutunun Ağstafaya qədər genişləndirilməsi, Azərbaycan dəmiryolları tarixində ilk dəfə olaraq Bakıdan Qəbələyə marşrut xəttininaçılması, Dəllər və Qovlara dayanacağın verilməsi, İsveçrənin"Stadler Rail Group" şirkəti ilə imzalanmış müqavilə çərçivəsindəyeni qatarların alınması, 2024-cü ilin iyununda bu qatarlarınistifadəyə verilməsi nəticəsində Bakı-Ağstafa-Bakı marşrutu üzrəreyslərin 2-dən 4-ə çatdırılması, Ləki və Ucar stansiyalarınadayanacaq verilməsi, 2025-ci ildə isə Bakı-Balakən-Bakı marşrutununbərpa olunması ADY-nin sərnişindaşımanın daha da genişləndirilməsiistiqamətində uğurlu fəaliyyətinin nəticəsidir.

Xüsusi olaraq qeyd edildi ki, müştəri məmnuniyyətinin təminedilməsi üçün əsas rəqəmsal yeniliklərdən biri rayonlararasımarşrutlar üzrə sərnişin qatarlarına minik zamanı "Mygov.az"portalı vasitəsilə QR kod şəklində elektron şəxsiyyət vəsiqəsinintəqdim edilməsinə imkan yaradılması olub.

2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindənistifadə edənlərin sayı artaraq yüklənmə sayı 172 mini ötüb.2024-cü ilin sentyabrdan tətbiqinə başlanılan loyallıq proqramışəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile”vasitəsilə gedişlər üzrə 3% “cashback”, eləcə də bonusqazandırır.

Bildirildi ki, Sərnişin rahatlığının tam təmin edilməsiməqsədilə ötən ilin sentyabrında Bakı, Sabunçu, Sumqayıt, Gəncə,Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafastansiya və dayanacaqlarında, həmçinin rayonlararası marşrutlarüzrə hərəkət edən qatarlarda pulsuz “W-Fi” xidməti aktivedilib.

Ümumilikdə isə 2024-cü ildə ADY tərəfindən təxminən 8,5 milyonsərnişinə səyahət xidmətləri təqdim edilib. Bununla da ardıcılikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekordsəviyyəyə çatdırıb. Belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişinəxidmət göstərməklə qurum rekorda imza atmışdı.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini avtobus parkınınyenilənməsindən də danışdı. Qeyd etdi ki, COP29 ərəfəsində ölkəmizəgətirilən 160 elektrik avtobusu artıq paytaxtda müxtəlifmarşrutlarda uğurla istifadə edilir, özəl şirkətlər də buyaxınlarda daha 85 ekoloji təmiz texnologiyalı avtobus alıb. Bundanəlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib. İndionların parkı rekord həddə - 2170-ə çatıb.

Tədbirdə Bakıda velosiped yolları şəbəkəsinin genişləndirilməsivə onların əlaqələndirilməsindən də bəhs edildi. 2024-cü ildə buyolların uzunluğu 35 kilometr təşkil edib. Növbəti mərhələlərdə buzolaqların uzunluğunun təxminən 100 km-ə çatdırılması nəzərdətutulur. Paytaxtda 70-yə yaxın ərazidə velosipedlər üçün xüsusidayanacaqlar yaradılıb, həmçinin, onların mobil tətbiq vasitəsilərahat ödəniş mexanizminə malik icarə xidməti istifadəyə verilib ki,bu da əlçatanlığı artırıb.

Qeyd olundu ki, elektrik skuterlər üçün parklanma yerlərininyaradılması prosesinə də başlanılıb. Velosiped və skuterləringetdikcə artan populyarlığı mikromobillik vasitələrinin qısaməsafələrə səfərlər üçün alternativ nəqliyyat növünə çevrilməsimeyllərinin göstəricisidir. Sentyabr-dekabr ayları üzrəmikromobillik operatorları tərəfindən 850 min 944 sifariş qəbulolunub və 2 milyon 244 min 302 km məsafə qət edilib.

Nəqliyyat sektorunda aparılan köklü islahatlardan danışılarkən,taksi xidmətinə də toxunuldu. Bildirildi ki, 2024-cü ilin dekabrayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə taksisifarişlərinin sayında təxminən 31-32% azalma müşahidə edilir.Vurğulandı ki, qətiyyətli islahatlar sayəsində bu sahədəqayda-qanun yaradılıb. Təxminən 35 minə yaxın taksi sürücüsü təliməcəlb edilib. Səmərəli tənzimləmə tədbirləri sayəsində xidmətlərinkeyfiyyəti xeyli yaxşılaşıb, taksi parkı, xüsusən də hibrid vəelektrik avtomobilləri hesabına köklü şəkildə yenilənib. Bu,ekoloji vəziyyətin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsirgöstərir. Şəhərin müəyyən yerlərində taksi dayanacaqlarınınyaradılması istiqamətində də iş aparılır.

Parkalanma yerlərinin təşkilində də mühüm dəyişikliklər başverir. Bildirildi ki, şəhərin müxtəlif yerlərində xaotik şəkildətəşkil edilmiş qeyri-qanuni dayanacaqlar keçmişdə qalıb. Zonalarüzrə yeni parklanma məntəqələrin, o cümlədən ödənişsiz yerlərinyaradılması prosesi bu il də davam etdiriləcək.

Tədbidə piyada zonalarının yaradılması və genişləndirilməsiməsələsindən də danışıldı. Bu xüsusda, ötən il əsaslıyenidənqurmadan sonra istifadəyə verilən Xaqani bağının ətrafındaavtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması və piyadazonasının yaradılmasını layihəsi qeyd edildi.

Vurğulandı ki, tarixi abidələrlə zəngin Əziz Əliyev küçəsindəavtonəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıNizami küçəsindən başlayan piyada zonasını Dənizkənarı MilliParkadək genişləndirilməsinə imkan yaradıb. Metronun “28 May”stansiyasının qarşısındakı meydanın abadlaşdırılması isə buranıgeniş piyada zonasına çevirib. Şəhər mühitinin keyfiyyətiniəhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verən bu dəyişikliklər2025-ci ildə də davam etdiriləcək.

Yol hərəkətinin yenidən təşkili barədə məlumat verilərkənbildirildi ki, ötən il Zərifə Əliyeva, Xaqani, 28 May, MikayılMüşfiq küçələri, eləcə də Mətbuat, Xocalı və Azadlıqprospektlərində ümumilikdə 6 layihə üzrə işlər tamamlanıb.

Rəhman Hümmətov son zamanlar yol infrastrukturunun qorunmasıistiqamətində də xeyli işlərin görüldüyünü dedi. Bildirdi ki,burada ən innovativ yanaşma tətbiq olunaraq elektron tərəzilərquraşdırılır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlətsərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlətsərhədi avtomobil yolunda innovativ mexanizm olan 6 elektron tərəziquraşdırılıb, digər məntəqələrdə bu istiqamətdə işlər davametdirilir. Ümumilikdə bu proses 31 yerdə 51 tərəzininquraşdırılmasını əhatə edir. AYNA tərəfindən yaradılan ElektronTərəzilərin Vahid Monitorinq Mərkəzi vasitəsilə isə iriqabaritli vəağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəkiparametrlərinə nəzarət olunur.

Mobilliyin transformasiyası proqramı çərçivəsində növbətimərhələdə marşrutların optimallaşdırılması, avtobusların sayınınartırılması və parkların ekoloji cəhətdən təmiz avtobuslar hesabınayenilənməsi, taksi sahəsində islahatların yekunlaşdırılması,mikromobilliyin təşviqi, yol hərəkətinin təşkili və piyadainfrastrukturunun təkmilləşdirilməsi həyata keçiriləcək.

Perspektivdə olan məsələlər arasında nəqliyyat bağlantılarınıyaxşılaşdırmaq məqsədilə avtomobil yollarının və yol qovşaqlarınıntikintisi layihələrininin başa çatdırılması, metro şəbəkəsininingenişləndirilməsi və şəhərətrafı elektrik qatarlarının xidmətgöstərdiyi istiqamətlərin sayınının artırılması var.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Nəqliyyat
Nəqliyyat
Nəqliyyat
Nəqliyyat
Nəqliyyat
Nəqliyyat
Nəqliyyat
Nəqliyyat
Seçilən
46
8
az.trend.az

9Mənbələr