AZ

SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır

Bakı. Trend:

Yanvarın 15-dən Dövlət Neft Şirkəti (SOCAR) "Yaşılistiqraz"ların buraxılışına start verəcək.

Trend şirkətəistinadən xəbər verir ki, emissiyanın ümumi məbləği 200 milyon ABŞdollarıdır.

Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 minədəd istiqrazdan gedir. Qiymətli kağızların illik gəlirliliyi 6 %olacaq. Faizlər rüblük ödəniləcək. "Yaşıl istiqraz"ları əldə etməküçün son tarix 28 fevral 2025-ci ildir.

İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki,istiqrazlardan əldə olunan vəsait “SOCAR Green” MMC şirkətininbərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Məlum olduğu üzrə, Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafıvə təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır.

Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılanistiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqlayanaşı, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərini dadəstəkləmək məqsədi daşıyır.

SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerjimənbələrinin inkişafına töhfə vermək və sürətləndirməkniyyətindədir.

Anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkəti olan "yaşılistiqraz"ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCARİstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmişinvestisiya şirkətlərindən əldə etmək mümkündür.

Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az,socarcapital.az veb-saytlarına müraciət oluna bilər.

Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqrazburaxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.

SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çoxticarət olunan korporativ qiymətli kağızdır.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmiməlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdəqeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunançağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.

Məqalədə:
Seçilən
0
19
az.trend.az

4Mənbələr