Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Fransanın Suriyaya hərbçi göndərməsi üçün YPG-nin çağırışı ilə bağlı suala cavabında bildirib: “Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır. Gəlin onların regionda ABŞ olmadan fəaliyyət göstərdiyini görək. Tərəfdaşımız ABŞ-dır, başqaları ilə məşğul olmuruq. Fransa hərəkətə keçmək istəyirsə, öz terrorçu vətəndaşlarını mühakimə etməli və həbs etməlidir”.
Telegram kanalımız