Bakı. Trend:
Ötən il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərindəümumilikdə 631.320 şəxs qəbul edilib, onlara 960.265 sayda xidmətgöstərilib ki, bunun 353 mindən çoxu şifahi xidmət (müraciət etmişşəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədarsuallarının cavablandırılması), 88,3 mindən çoxu elektron xidmət(bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrintərtibatına və elektron formada göndərilməsinə köməklikgöstərilməsi) olub.
Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan 10 xidmət dövr ərzində göstərilmişümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətləristisna olmaqla) xidmətlərin 90,9%-ni təşkil edib.
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrininhesablanması barədə arayışın vergi orqanlarına təqdimedilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlətsosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqındaqəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçotaalınması (uçotdan çıxarılması).
2024-cü il ərzində vergi ödəyicilərindən daxil olmuş 35,2 mindənçox yazılı müraciət cavablandırılıb, 13,1 milyondan artıqməlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub)göndərilib. Dövr ərzində 4.268 vergi ödəyicisinin iştirakı ilə 306görüş keçirilib, 5.586 vergi ödəyicisinə ünvanlı xidmətgöstərilib.
Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədiləonların mobil nömrələrinə 2 milyondan çox sayda SMS göndərilib.
Dövr ərzində ümumilikdə 378.075 müraciət üzrə 601.159 Asan İmzasertifikatı verilib.