Bakı. Trend:
Azərbaycanda torpaqdan istifadə hüququnun başqasına verilməsiəməliyyatları və torpaq sahələri üzrə icarə haqları ƏDV-yə cəlbedilməyəcək.
Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, biznesin vergi yükünün azaldılması vəsahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinəedilmiş mühüm dəyişikliklərdən biri torpaqdan istifadə hüquqununbaşqasına verilməsi əməliyyatının və torpaq sahələri üzrə icarəhaqlarının əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmaması iləbağlıdır.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDVməqsədləri üçün torpaq həm mal sayılmır, həm də torpağa mülkiyyəthüququnun başqasına verilməsi xidmət (iş) hesab edilmir.
Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi vətorpaqdan istifadə hüququnun başqasına ötürülməsindən əldə olunangəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından buəməliyyatların ƏDV-yə cəlb edilməməsi hər hansı sual doğurmur.Lakin hüquqi şəxslər tərəfindən torpaqdan istifadə hüquqununbaşqasına verilməsi əməliyyatı və torpaq icarəsinə görə əldə edilənicarə haqqı qanunvericilikdə birbaşa məhdudiyyət olmadığındanƏDV-yə cəlb edilirdi. Bu da ƏDV-nin vergitutma obyekti ilə bağlıuyğunsuzluq yaradırdı.
Həmin səbəbdən, ƏDV-nin vergitutma obyekti ilə bağlıqanunvericilik normalarının uyğunlaşdırılması məqsədilə, hüquqişəxslər tərəfindən də torpaqdan istifadə hüququnun başqasınaverilməsi əməliyyatının və torpaq icarəsinin ƏDV-yə cəlb olunmamasıbarədə Vergi Məcəlləsinə dəyişiklik edilib.