AZ

Bakıda 2 yeni metrostansiyası tikiləcək - RƏSMİ

"Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqrama əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır".

Oxu24.com  xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, bu, sərnişin axınını 88 milyon nəfərədək artıracaq.

“Proqrama daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”,-deyə o qeyd edib.

Seçilən
10
36
ekologiya.az

10Mənbələr