AZ

Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək

Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.

Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq, Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na əsasən, yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.

Seçilən
16
19
operativmm.az

10Mənbələr