AZ

Suriya XİN başçısı əməkdaşlığı gücləndirmək üçün Avropa ölkələrinə səfər etmək niyyətindədir

Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani Avropa ölkələrinə səfər etmək niyyətində olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Watan” qəzeti yazır.

"Əməkdaşlığın gücləndirilməsi məqsədilə Avropa ölkələrinə yola düşəcək yüksək səviyyəli nümayəndə heyətinə başçılıq edəcəyəm", - o, Dəməşqdə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani ilə keçirdiyi mətbuat konfransında bildirib.

Səfərlərin tarixləri açıqlanmayıb.

Seçilən
8
1
operativmm.az

2Mənbələr