Avropa İttifaqı (Aİ) Ukraynaya 3 milyard avro vəsait ayırıb.
Missiya.Az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal özünün “Teleqram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, ümumilikdə Aİ Ukraynaya 18 milyard avro verəcək.
"Bu, Rusiyanın dondurulmuş aktivlərindən alınan gəlirlər hesabına təmin edilən Avropa İttifaqının vəsaitlərinin ilk tranşıdır", - deyə siyasətçi vurğulayıb.
Şmıxal qeyd edib ki, Ukrayna bu vəasiti prioritet büdcə xərclərinə yönəldəcək.
Daşqın HəsənovMissiya.Az