AZ

Türkiyədə işsizlik səviyyəsi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə işsizlik nisbəti noyabr ayında əvvəlki aya görə 0,1 bənd azalaraq 8,6 faiz olub.

Banco.az xəbər verir ki, Türkiyə Dövlət Statistika Komitəsinin (TÜİK) noyabr ayına dair açıqladığı əmək bazarı statistikasına əsasən, 15 və daha yuxarı yaşda olan şəxslər arasında işsizlərin sayı 2024-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə 84 min nəfər azalaraq 3 milyon 72 min nəfər təşkil edib.

İşsizlik səviyyəsi isə 0,1 faiz bəndi azalaraq 8,6 faiz olub. İşsizlik səviyyəsi kişilər arasında 7,0 faiz, qadınlar arasında isə 11,7 faiz olaraq qiymətləndirilib.

Məşğul əhalinin sayı isə 2024-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə 168 min nəfər azalaraq 32 milyon 748 min nəfər təşkil edib. Məşğulluq səviyyəsi isə 0,2 faiz bəndi azalaraq 49,6 faizə enib. Bu göstərici kişilər arasında 67,1 faiz, qadınlar arasında isə 32,4 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
25
banco.az

1Mənbələr