Suriyanın paytaxtı Dəməşq şəhərində əməvilərə aid məsciddə izdiham nəticəsində azı üç nəfər ölüb.
Modern.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.
Bildirilib ki, hadisə yanvarın 10-da cümə namazından sonra baş verib.
Məlumata görə, hadisə nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
"İzdiham hər kəsin eyni anda ön qapıya qaçması səbəbindən baş verib, o cümlədən biri uşaq üç nəfər ölüb", - mesajda deyilir.