Azərbaycan Premyer Liqasının 2-cı yarısına hazırlıqlarını davam etdirən "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Gəncə təmsilçisi heyətinə gürcüstanlı Rati Ardazişvilini qatıb .
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Onunla "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb.
Ratinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.