AZ

“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 10-da Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbihissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsikursu”nun buraxılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinəucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiramnümayiş etdirilib.

Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin,eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyiuğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,Dövlət Himni səsləndirilib.

HDQ-nin komandanı birinci dərəcəli kapitan Şahin Məmmədov çıxışedərək kurs iştirakçılarını buraxılış münasibətilə MüdafiəNazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətifəaliyyətlərində uğurlar arzulayıb. Ş.Məmmədov hərbi qulluqçularınpeşəkarlıq səviyyəsinin və praktiki vərdişlərinin daha datəkmilləşdirilməsi məqsədilə keçirilən bu cür kurslarınəhəmiyyətini xüsusi vurğulayıb, kursun yüksək səviyyədə təşkilinəvə keçirilməsinə görə Azərbaycan və qardaş Türkiyədən olantəlimatçılara təşəkkürünü bildirib.

Məzunlar adından çıxış edən miçman Şahin Rəfili kurs ərzindəqazandıqları nəzəri bilikləri və praktiki vərdişləri gələcəkxidmətlərində tətbiq edəcəklərinə, onlara göstərilən etimadıVətənə, xalqa və dövlətə sədaqətləri ilə doğruldacaqlarına sözverib.

Sonra məzunlara sertifikatlar və döş nişanları təqdimolunub.

“Partlayıcı
“Partlayıcı
“Partlayıcı
“Partlayıcı
“Partlayıcı
Məqalədə:
Seçilən
7
10
az.trend.az

10Mənbələr