Bakı. Trend:
Azərbaycan dünyaya dayanıqlı iqtisadi inkişafla yanaşı, sosialrifah modelini də təqdim edir. Bu mühüm məqamı xüsusi vurğulamaqlazımdır ki, ölkəmizin yeni iqtisadi və sosial çağırışlarınmüzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi düşünülmüşsiyasətin nəticəsidir. Müasir müstəqil Azərbaycan dövlətininqurucusu, Ümummilli Lider Heydər Əliyevin “Neft Azərbaycanın ənböyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm dəgələcək nəsillərə mənsubdur” çağırışı vətəndaş amilinin dövlətsiyasətinin mərkəzində dayandığını təsdiqlədi. İqtisadiyyatındüzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlıinkişafında əsas faktordur. Ulu Öndər Heydər Əliyeviniqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi Azərbaycanınbu gününə və gələcəyinə hesablanmış mühüm addım oldu. Azərbaycanıniştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrindən dövlətbüdcəsinə milyardlarla dollar vəsait daxil oldu ki, bu da ölkəmizinhərtərəfli inkişafına yönələn sosial-iqtisadi layihələrin həyatakeçirilməsinə yönəldilir. Ümummilli Liderin böyük uzaqgörənlikləyaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarəedilməsində şəffaflığın qorunmasını təmin edir.
Son 21 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurladavam etdirən Prezident İlham Əliyev Azərbaycanın qarşısındadayanan vəzifələri açıqlayarkən daim bu çağırışı edir ki, bununüçün iqtisadiyyat inkişaf etdirilməlidir. 2003-cü ildəniqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrası hazırdahəm rəqəmlərdə, həm də insanların gündəlik həyatında özünün aydınifadəsini tapır. “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşıyaşamalıdırlar” söyləyən Prezident İlham Əliyev onu da qeyd edirki, sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkanyarandıqca, biz ilk növbədə, sosial sahəni də diqqətdə saxlamışıq.Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və buməqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bu hədəf dəaçıqlanır ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayangedəcək. İqtisadi imkanlar artdıqca daim sosial məsələlərin həllinə- minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılmasıməsələlərinə diqqət göstəriləcək.
Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, artıq cari ildən beşinci sosialpaketin icrasına başlanılıb:
“Bu mühüm addımın əsasında dövlət başçısı İlham Əliyevin 23dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahınınyaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında”Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosialislahatların uğurla davam etdirildiyini bir daha göstərir. YeniSərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıqəməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata,2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280manatdan 14,3 faiz artımla 320 manata çatdırılır. Bu artımlarlabirgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Dövlətbaşçısı İlham Əliyevin 7 yanvar 2025-ci il tarixli “Dövlətbüdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərinəməkhaqlarının artırılması haqqında” Sərəncamı vətəndaş rifahınıntəminatı məqsədilə aparılan sosial islahatların uğurla davametdirildiyini bir daha təsdiqləyir. Dövlət büdcəsindən maliyyələşənbir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıqvəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faizartırılır. Dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaşməmnunluğunun artırılması prioritet məsələ kimi öndədir. Sosialxidmət sahəsində yeniləşmə, təkmilləşmə də bu məmnunluğunartırılmasında əhəmiyyətli rol oynayır. Paytaxt Bakıda vəbölgələrdə DOST mərkəzlərinin yaradılması, onların coğrafiyasınıngenişləndirilməsi bir məqsədə - insanların rahatlığının təminedilməsinə xidmət edir. Artıq bu yeniliklər azad edilmişərazilərimizdə də tətbiq edilir. Zəngilanın Ağalı kəndində “SmartDOST” xidmət məntəqəsi, 2024-cü ildə isə Qarabağ Regional DOSTMərkəzinin Şuşada filialı açıldı. Göründüyü kimi, azad edilmişərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də vətəndaşməmnunluğunun qorunması öndə dayanır. Bu ərazilərdə insanlarınözünüməşğulluğunun təmin edilməsi istiqamətində addımlaratılır”.
Vüqar Rəhimzadə dövlət büdcəmizin sosialyönümlülüyündən də bəhsedib. Bildirib ki, Prezident İlham Əliyev yanvarın 7-də yerliteleviziya kanallarına müsahibəsində bu məsələyə xüsusi diqqətyönəltdi. Diqqətə çatdırdı ki, bu ilin büdcəsi rekord səviyyədədir.Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcəolmayıb. Bunun üçün dövlət büdcəsində təkcə sosialyönlü xərclərinartım dinamikasına diqqət yetirmək kifayətdir. Bu xərclər 2021-ciildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün 15,5 mlrd. manata çatıbvə 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur.Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 mlrd. və ya 1,6 dəfəartım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olmasıbir daha əhalinin sosial rifahının dövlət siyasətinin prioritetistiqaməti olduğunu göstərir:
“Bütün bu amillər təsdiqləyir ki, Azərbaycan yalnız daxiliresurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasətnəticəsində bu nəticələrə çatıb. Hər bir ölkənin siyasimüstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni,iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılıdeyilsənsə, sən müstəqil siyasət apara bilərsən. İqtisadi imkanlarsosial proqramları da daha fəal icra etməyə əsas verir. Bu reallığıda qeyd etməliyik ki, 2019-cu ilin sonlarında - həm dünyada, həmölkəmizdə koronavirus infeksiyası ilə mübarizə tədbirləriningücləndirildiyi vaxtlarda dövlətimizin başçısı İlham Əliyev buçağırışı etdi ki, insanların sağlamlığının qorunması ilə yanaşı,iqtisadi islahatlar da dərinləşdirilməli, heç bir sosial layihətəxirə salınmamalıdır. Azərbaycanın mübarizə tədbirlərini komplekshəyata keçirməsi bu bəladan az itki ilə çıxmasınışərtləndirdi”.
Milli Məclisin deputatı onu da qeyd edib ki, son dörd ildə əsashədəf azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyatakeçirilməsi olsa da, dövlətimiz heç bir bölgənin inkişafınıdiqqətdən kənarda saxlamır:
“Təbii ki, hər bir addımın əsasında ölkəmizin daha dagüclənməsi, insanların rifah halının yaxşılaşdırılması dayanır.Regional inkişaf proqramlarının uğurlu icrası və nəticələrinürəkaçan olması hər bir hədəfin reallığa çevriməsiningöstəricisidir. Tarixi Zəfərimizdən sonra “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Busənəddə də qeyd olunduğu kimi, Azərbaycan dövləti ölkədə əhalininrifahının daha da artırılması üçün sosialyönümlü bazariqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib. Milli sosialrifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı,inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadiartımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışınıntəmini Azərbaycanın yeni inkişaf yolunun ideoloji nüvəsini təşkiledir. Milli Prioritetlərdə əksini tapan 5 əsas hədəfdən biridinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. O daqeyd edilir ki, davamlı və yüksək iqtisadi artım dinamik vəinklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaşöz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosialstatusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlaraçıxışı bərabər və ədalətli olmalıdır. Ölkədə yoxsulluq səviyyəsininminimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də ünvanlıyardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşlarındayanıqlı sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəmizdədavamlı sosial islahatlar insanların yüksək rifahının təminedilməsini şərtləndirir. Əməkhaqlarının, pensiyaların artırılmasıvətəndaşların sosial təminatını daha da gücləndirmək məqsədidaşıyır və hər il ölkə Prezidentinin sərəncamları ilə bu tədbirlərhəyata keçirilir. Sosial islahatların bu qədər genişmiqyaslışəkildə həyata keçirilməsi dövlətin sosial məsələlərə verdiyiönəmin və vətəndaşlarının rifahını daha da artırmaq istiqamətindəkiqətiyyətinin göstəricisidir. Bu islahatlar həm də Azərbaycancəmiyyətində daha ədalətli və inklüziv sosial sisteminformalaşmasına xidmət edir.