AZ

"Kəpəz" Ukrayna və Qazaxıstanda oynamış futbolçu ilə anlaşdı - RƏSMİ

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili ilə müqavilə imzalanıb.

26 yaşlı futbolçu ilə müqavilənin müddəti "6 ay + 1 il" müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Ardazişvilinin son klubu "Samtrediya" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynanın "Rux", Qazaxıstanın "Kaspi", "Jetısu" və Latviyanın "Liepaya" klublarında oynayıb.

saytlarin hazirlanmasi

Seçilən
33
6
sportal.az

6Mənbələr