Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
“Faktın ətraflı araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 9 yanvar 2025-ci ildə “German Hospital” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.
Xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə İnzibati Xətalar Məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir”, - açıqlamada bildirilib.
Qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var: “Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.
10Mənbələr
-
day.azGinekoloq Ləman Əliyeva ilə bağlı QƏRAR VERİLDİ ( 14783763)
-
baki-xeber.com“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi... ( 14709707)
-
medicina.azƏməliyyat otağında ad günü edən həkimə bu cəza verildi -RƏSMİ-VİDEO ( 14709399)
-
medicina.azƏməliyyat otağında ad günü edən həkimə bu cəza verildi -RƏSMİ-VİDEO ( 14709357)
-
azpolitika.infoƏməliyyat otağında ad günü mərasiminin cəzası açıqlandı - RƏSMİ + VİDEO ( 14708853)
-
fed.azƏməliyyat otağında qaydaları pozan həkim və tibb işçiləri cərimələndi - MƏBLƏĞ ( 14708821)
-
poliqon.infoƏməliyyat otağında qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələnib ( 14708739)
-
index.azƏməliyyat otağında qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələnib ( 14708683)
-
bakivaxti.azQaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələndi ( 14708443)
-
demokrat.azƏməliyyat otağında ad günü edən həkimə bu cəza verildi -— Rəsmi ( 14708433)