AZ

Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub

Bakı. Trend:

Gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində ötənil narkotik vasitələrin, psixotrop maddələrin və onlarınprekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarolunub və bu faktlar üzrə , ümumilikdə 379 kq 127 qram narkotikvasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuzdövriyyədən çıxarılıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, aşkar edilən narkotiklərin 314 kq 989 qramınımarixuana, 28 kq 755 qramını həşiş, 25 kq 570 qramını heroin, 6 kq214 qramını tiryək, 583,491 qramını metadon, 2 kq 667 qramınımetamfetamin, 330 qramını kalium permanqanat, 6,55 qramınızolpidem, 5,98 qramını klobazam və digər maddələr təşkil edib.

2024-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəlibilinən 96 nəfər barəsində müvafiq tədbir görülüb.

Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 98,3%-i (372 kq768 qram) cənub sərhədlərindən Azərbaycan ərazisinə keçirilərkənaşkarlanıb. 2024-cü ildə qanunsuz dövriyyədən çıxarılmışnarkotiklərin 90,2 %-i (342 kq 267 qram) Azərbaycan Respublikasıərazisindən tranzit keçirilməsinə cəhd zamanı aşkar edilib.

Məqalədə:
Seçilən
12
22
az.trend.az

10Mənbələr