AZ

Ötən il Naxçıvan gömrüyündə 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanıb

Ötən il ərzində Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 51 cinayət xarakterli fakt aşkarlanıb.

APA xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsində ötən ilin yekunları ilə bağlı toplantıda bildirilib.

Məlumata görə, 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanılıb.

Qeyd olunub ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkiləri 21,5 kq-dan artıq heroin, 7 882 qramdan artıq həşiş, 2 214 qramdan artıq marixuana, 106 qramdan artıq tiryək narkotik vasitələr, 1 057 qramdan artıq metamfetamin, 298 ədəd klobazam psixotrop, 28 617 ədəd tramadol (6438,825 qram) - güclü təsir edən maddələr, 23 ədəd patron və 1 ədəd sandıqça, 13 665 qutu müxtəlif markalı aksizsiz siqaretlər, 39 450 ABŞ dolları və habelə digər predmet və maddələr aşkarlanaraq götürülüb.

Seçilən
2
22
apa.az

10Mənbələr