Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunub.
APA xəbər verir ki, bu barədə Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Kestutis Vaşkeleviçus yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən bildirib.
Səfir qeyd edib ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.